Jul 05 2019 17:09
Views: 277

“Yeni Fikir VI” startap müsabiqəsinə yekun vurulub. Mart ayında elan olunan builki müsabiqəyə 118 layihə təqdim edilib. Onlardan 12 layihə finala vəsiqə qazanıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, müsabiqənin məqsədi startapların stimullaşdırılması və innovativ sahibkarlığa dəstək göstərməkdir.  Biznes İnkubasiya Mərkəzində 10-dan çox startapın inkişafına dəstək verilir.

Müsabiqənin finalında startapçılar öz layihələrini münsiflər heyətinə təqdim etdilər. Ən perspektivli 5 layihə qalib elan edildi. Qaliblərə Bakı Mühəndislik Universitetinin Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində işləmək üçün şərait yaradılacaq.

İndiyədək 5 dəfə keçirilən müsabiqəyə ümumilikdə 842 startap layihəsi təqdim edilib. Onlardan 100-dən çoxuna bilavasitə dəstək verilib, 35 layihəyə isə sponsor və tərəfdaşların köməyi ilə ilkin investisiya və inkubasiya xidmətləri göstərilib.


Create Account



Log In Your Account