Nov 14 2019 18:48
Views: 90

“Azəristiliktəchizat” ASC 2019-2020-ci illərin payız-qış istilik mövsümünə tam hazırdır”. Bunu qurumun sədr müavini İlham Mirzəliyev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, plana uyğun olaraq, noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanacaq. Sabah günorta saatlarından etibarən bütün sistem tam şəkildə fəaliyyət göstərəcək.
Qurum rəsmisi Azərbaycanda əhaliyə verilən istiliyin satış qiymətinin maya dəyərindən aşağı olduğunu bildirib. İlham Mirzəliyev İlham Mirzəliyev ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib. 
Mətbuat konfransında görüləcək işlər barədə də məlumat verilib. Bildirilib ki, “Azəristiliktəchizat” növbəti illərdə 110 yeni istilik mənbəyi yaradacaq. Qurum “Modul” tipli daşınan istilik qazanxanasının və “Kombi” və “Kaskad” tipli istilik sistemlərinin istehsalı və quraşdırılmasına da başlayıb. Bu qazanxanalar orta və kiçik həcmli təhsil və səhiyyə obyektlərinin istilik təchizatı problemlərinin həllində əhəmiyyətli rol oynayır.

 


Create Account



Log In Your Account