Apr 25 2019 14:43
Views: 167

Azərbaycan tarixində ilk dəfə olaraq Polşaya alüminium profil məhsullarının ixracına başlanılıb. Sumqayıt Texnologiyalar Parkı alüminium profil məhsullarının ilk partiyasını Polşaya yola salıb. Satışla bağlı ilkin danışıqlar 2019-cu ilin yanvar ayından başlayıb və mart ayının sonlarında sifarişçi şirkətə test məhsullar yola salınıb. Məhsullar beynəlxalq standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxracolunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir.

Zavodda İstehsal prosesi tamamilə avtomatlaşdəırılıb. Burda alüminium profillərin geniş spektri istehsal olunur. Fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar istehal edilir. Bundan başqa zavod pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal edir. Gələcəkdə məhsulların bir sıra digər ölkələrə də ixracı planlaşdırılır.

Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Texnopark neft-qaz, enerji, kənd təsərrüfatı sahələri ilə yanaşı tikinti sektoruna da geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Hazırda müəssisədə mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir.


Create Account



Log In Your Account