Jun 20 2019 17:26
Views: 183

Qazaxıstanın Ersay limanından yola düşmüş “KazMunayGaz”-ın “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın Caspian Drilling Company Məhdud Məsuliyyətli Cəmiyyətinin müasir dəniz təchizat və loqistika bazasına yan alıb. Qurğunun qarşılanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib. Caspian Drilling Company-nin müasir təchizat və logistika bazasında Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçiriləcək. Modernləşdirmə işlərinin cari ilin sonunda yekunlaşması gözlənilir. Modernləşdirildikdən sonra qurğu ilə 6000 metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyyəti aratacaq. Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və BP-nin  birgə istismar etdiyi  dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb  edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın Caspian Drilling Company şirkəti həyata keçirəcək.

Qurğunun qarşılanma mərasimindən sonra SOCAR və “KazMunayQaz rəhbərliyi Heydər Əliyev adına Dərin Özüllər Zavoduna baş çəkib, SOCAR-ın “BOS Şelf” müəssisəsinin həyata keçirdiyi layihələrlə tanış olublar.Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən ”Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın Caspian Drilling Company şirkətinə etibarlı idarəetməyə verilib.


Create Account



Log In Your Account