Aug 03 2020 14:20
Views: 382

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər. Kənd Təsərrüfatı Nazirliyindən bildirib ki, bu sənəd Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin daha da təkmilləşməsinə imkan yaradacaq. “Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması aktualdır”.


Create Account



Log In Your Account