Apr 11 2019 18:56
Views: 423

Bakı şəhəri Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanıb. Layihə massivin Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. İndiyədək bu ərazidə içməli su təchizatını əhalinin primitiv qaydada yaratdığı və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparıllıb. Burada yaşayan əhəli günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız  vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 5,4 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. “Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində “Badamdar” su anbarından “20-ci sahə” yaşayış massivinə qədər içməli suyun verilməsi məqsədilə 2,2 km uzunluğunda magistral su kəməri inşa edilib.

“20-ci sahə” yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Layihə çərçivəsində 20-ci sahə ərazsində açıq kanallarla axıdılan tullantı suların toplanması məqsədilə 2 km uzunluğunda kanalizasiya xətlərinin tikintisi də planlaşdırılır.


Create Account



Log In Your Account