Nov 11 2019 16:54
Views: 43

Kənd təsərrüfatında müxtəlif sahələrə subsidiyalar ayrılır. Aparılan təhlillər göstərir ki, yekunda subsidiyalaşma siyasəti fermerlərin istehsal etdiyi məhsulun maya dəyərinin aşağı olmasına təsir edir. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə CBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, məhz dövlətin düzgün subsidiyalaşma siyasətinə görə bu sektorda iki devalvasiyadan sonra qiymətlərdə kəskin artım olmayıb.

 

Kənd təsərrüfatında verilən subsidiyaların yerdə qalan təxminən 26-27 faizi birbaşa fermerlərə əkin sahələrinə verilən subsidiyaların təşkil edir. Firdovsi Fikrətzadə deyir ki, bütün bu faktorlar fermerlər tərəfindən istehsal olunan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayır. Aqrar Tədqiqatlar mərkəzinin apardığı tədqiqatlar da bunu göstərir. 

 

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru onu da qeyd edir ki, bu mövsüm fermerlər üçün yaxşı bazar şərtlərinin yaxşı olduğu bir mövsüm kimi yadda qaldı. Çünki qiymətlərlə yanaşı, fermerlərin satış imkanları genişləndirilib, ixrac bazarlarına çıxışı rahatlaşıb. Həm də Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar onlar üçün daha bir satış kanalı yaradıb.


Create Account



Log In Your Account