Oct 10 2019 19:52
Views: 467

Azərbaycannın İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türk Standartları İnstitutu Sumqayıt kimya sənaye parkında beynəlxalq standartların tətbiqi yönümündə əməkdaşlıq barədə razılığa gəlib. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən  beynəlxalq konfransda deyib. Əsas məqsəd  Azərbaycanda qurulan sənaye müəssisələrində məhsul istehsalında beynəlxalq standartların icrasının gözlənilməsinin təmin olunmasıdır. Bu baxımdan Sumqayıt Kimya Sənaye parkı MMC-nin pilot olaraq seçilməsi təsadüfi deyil. Bildirilib ki, Sumqayıt kimya sənaye parkında 2 standartın tətbiqi ilə bağlı işlər təşkil olunub. Bunlardan 1-cisi keyfiyyətin idarəolunması sistemi, 2-ci enerjinin idarə olunması sistemidir.
Qeyd olunub ki, ölkənin beynəlxalq iqtisadi münasibətlərə inteqrasiya olunması beynəlxalq bazarlara çıxarılması və rəqabətli bazarın seçilməsi ölkədə həyata keçirilən sənayeləşməyə ciddi tələblər irəli sürür. Azərbaycanın sənayeləşmənin inkişafı ilə bağlı sənaye zonalarının inkişaf etdirilməsi, sənaye parklarının sənaye mərkəzləri kimi formalaşması bu gün beynəlxalq standartların tətbiqini aktuallaşdırır. Bildirilib ki, işlərin 1-ci mərhələsi yekunlaşıb. Sumqayıt sənaye parkında bəzi sənaye mərkəzlərinin əməkdaşlarına müvafiq təlimlər keçirilib. İxracın genişləndirilməsi, ixrac olunan məhsulların çeşidlənməsində öz təsirini göstərəcək.
Qeyd edək ki, Hazırda Azərbaycanın sənaye zonalarında 82 rezident fəaliyyət göstərir. İindiyə qədər Azərbaycanda 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib. Bununla da yerli istehsala 3,9 mlrd manat investisiya yatırılması və 27 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Artıq investisiya dəyəri 2,5 mlrd manatdan çox olan 245 müəssisə fəaliyyət göstərir.


Create Account



Log In Your Account