May 24 2019 18:57
Views: 295

Sumqayıt Texnologiyalar Parkı tələbələr üçün yeni iş imkanları təklif edən layihəyə start verib. Layihədə paytaxdın müxtəlif   universitetlərinin son kurs tələbələri  və magistrları iştirak ediblər.  STP-də iş imkanı qazanmaq istəyənlər xüsusi seçim turundan keçiblər.İlk turda iştirak  etmək üçün 350 müraciət daxil olub.Onlardan yalnız 50 tələbənin müraciəti dəyərləndirilib.İlkin mərhələdə onların bilik və bacarıqları test üsulu ilə yoxlanılıb.Testən uğurlu nəticələr əldə edənlər  ikinci mərhələyə keçmək imkanı qazanacaq.

Layihə çərçivəsində tələbələrə təklıif olunan vakant yerlər əsasən mexanika, metalurgiya, maşınqayırma,kimya mühəndisliyi və  digər ofis işləridir.Testi keçmiş tələbələr 3-6 ay ərzində  Sumqayıt Texnologiyalar Parkının müxtəlif zavodlarında  öz ixtisaslarına uyğun olaraq  təcrübə keçəcək.Bu müddət ərzində tələbələrə müəyyən olunmuş  məbləğdə ödəniş də ediləcək.

Sonda uğurlu nəticələr göstərən tələbələrlə əmək müqaviləsi bağlanacaq və onlar  Sumqayıt Texnologiyalar Parkının tam hüquqlu əməkdaşı olaraq işə başlayacaq.


Create Account



Log In Your Account