Nov 02 2019 19:35
Views: 139

Prezident İlham Əliyev ölkədə yol infrastrukturunun inkişafı ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqlar bir neçə istiqaməti əhatə edir. ilk olaraq Bakı-Sumqayıt yolunda tıxac probleminin həll edilməsi üçün ciddi tapşırıq verilib. 
Prezidentin sözügedən yolla bağlı çıxışından sonra artıq aidiyyatı qurumlar müəyyən təkliflərin hazırlanmasına başlayıb. Təkliflərə əsasən Bakı-Sumqayıt yolunda ciddi dəyşikliklər olacaq. Bu yolda nələr dəyişəcək və tıxac aradan qalxacaqmı? Bu barədə daha ətraflı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Rəis müavini  Hidayət Rüstəmovla söhbət etmişik.
H.Rüstəmov bildirib ki, bu yolda tıxac probleminin həlli üçün Şamaxı yoluna Bakı-Sumqayıt və əks istiqamətdə tunel və yol ötürücülərinin tikilməsi planlaşdırılır.


Create Account



Log In Your Account