Apr 16 2019 14:14
Views: 436

15 ildir İsverçədə yaşayan diaspor fəalı  Qasım Nəsirov  10 ildən artıqdır ki, "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi"ni yaradıb. Mərkəzin əsas fəaliyyət istiqamətləri Azərbaycanın mədəniyyətinin, musiqisinin təbliği, bununla yanaşı, Azərbaycan  həqiqətlərinin İsverçə xalqına  çatdırılmasıdır. Bu illər ərzində fərqli proqram və layihələr gerçəkləşdirən həmsöhbətim müxtəlif məkanlarda Azərbaycanın tarixi və mədəniyyətini tanıtmağa çalışır.  Deyir ki, Azərbaycanın siyasi təbliğatını ilk növbədə mədəniyyət və tarixdən başlamaq lazımdır.

Azərbaycan reallıqlarının təbliği ilə bağlı aparılan diaspor fəalıyyətindən danışan həmsöhbətim deyir ki, öncəliklə ölkənin tanıdılması önəmlidir. İsveçrəlilər yeni ölkələri öyrənməyə maraqlı olduğundan burda yaşayan soydaşlarımız da ölkəmizi tanıtmağın bütün yollarını sınaqdan keçirir.

Qasım Nəsirov deyir ki, İsveçrədə güclü erməni diasporu olduğundan burda azərbaycanlıların fəaliyyəti xüsusilə önəmlidir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyini təqdim etmək üçün son illər aparılan işlər, keçirilən aksiyalar istənilən nəticələri verməyə başlayıb.

Əsas gücün birlikdə olduğunu düşünən Qasım Nəsirov bu yaxında İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edildiyini bildirib. Əsas məqsəd İsveçrədə fəaliyyət göstərən diaspor təşkilatlarını birləşdirməkdir. İsveçrədə 2 min Azərbaycanlı yaşayır, diaspor fəallarının səyləri ilə burda Azərbaycan məktəbi yaradılıb.


Create Account



Log In Your Account