Sep 11 2019 20:27
Views: 211

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil nəticəsində hər iki tərəfin gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər. Bunu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə görüşdə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, bu Azərbaycan iqtisadiyyatının potensialı və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur.
Nazir qeyd edib ki, ticarət dövriyyəsini artırmaq üçün nəzərdə tutulan addımlardan biri Yekaterinburqda logistik mərkəzin yaradılmasıdır ki, bununla bağlı artıq razılıq əldə olunub. Azərbaycan və Risiyanın  müvafiq qurumları arasında razılaşma imzalanacaq.
Şahin Mustafayev Rusiyanın Sverdlovsk vilayətinin Kalinin adına zavodu ilə Azərbaycanda birgə istehsalın yaradılmasının da mümkün olduğunu deyib. bildirib ki, bu barədə danışıqlar aparılacaq. Azərbaycanın aparıcı şirkətləri buna çox böyük maraq göstərirlər. Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuvyaşev də səfərin əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.
Rusiyanın Sverdlovsk vilayəti nümayəndələri ilə işgüzar görüş çərçivəsində üç sənəd imzalanıb. Bunlar Azərbaycan hökuməti ilə Sverdlovsk vilayəti hökuməti arasında iqtisadi-ticari, elmi-texniki və başqa sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələr haqqında saziş, Bakı Dövlət  və Azərbaycan Dillər Univeristetləri ilə Boris Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq memorandumlarıdır.


Create Account



Log In Your Account