Apr 13 2019 18:01
Views: 764

Simon Hayberli 3 ildən artıqdır Azərbaycanda yaşayır və son 2 ildir Azərbaycan dilini öyrənir. İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini olan xanım Heyberli türk dilləri içərisində məhz Azərbaycan dilini seçməsini belə izah edir.

Simon Hayberli Azərbaycan dilini öyrənməyi digər əcnəbilərə də tövsiyə edir. Onun sözlərinə görə, Azərbaycan dili digər türk dillərində danışan insanlarla ünsiyyətdə də çox yardımçı olur.

Azərbaycanda yaşadığı müddətdə həmsöhbətim özü üçün Azərbaycan mətbəxini kəşf edib. ən çox sevdiyi yeməklər sırasında isə birinci qutabın adını çəkir. Deyir ki, işi ilə bağlı tez-tez Azərbaycanın müxtəlif bölgələrində olur. Burda ən çox diqqətini çəkən qonaqpərvərlik olub.

Simona Hayberli Azərbaycanda bir çox sosial, o cümlədən qadın sahibkarlığın inkişafı ilə bağlı layihələr həyata keçirib. Mədəniyyət sahəsində layihələr isə Azərbaycan incəsənəti ilə daha yaxından tanış olmağa imkan verir. Bu yaxınlarda təqdim olunan layihədə Azərbaycanın əməkdar artisti tarzən Şəhriyar İmanovun ifasında dünyanın məşhur caz və estrada musiqiləri səslənib. Qeyd edək ki, bu il İsveçrə Azərbaycanla fəal əməkdaşlığının 20 illiyini qeyd edir. 2006-cı ildə iki ölkə arasında texniki, maliyyə və humanitar sahədə əməkdaşlığa dair razılaşma imzalanıb. Bu razılaşma indi də icra olunur.

 


Create Account



Log In Your Account