Jun 07 2019 19:42
Views: 555

1920-50-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə insan repressiyaya məruz qalıb. İctimai və dövlət xadimləri, elm, mədəniyyət, incəsənət nümayəndələri, sıravi vətəndaşlar haqsız yerə zindanlara atılıb, güllələniblər. Azərbaycan tarixinin ən acı səhifələri Dövlət Sərhəd Xidmətinin inzibati binasında yeni fəaliyyətə başlayan “Siyasi repressiya qurbanları muzeyi”ndə əks olunur. 1925-ci ildən sonra dövlətin əsas repressiv orqanları bu binada fəaliyyət göstərib. 

Azərbaycanın ağrı-acılı, qanlı-qadalı tarixini əsk etdirən bu muzey Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə də əməkdaşlıq edəcək. Həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatlar toplanılaraq, yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərə təqdim ediləcək. Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının qohumlarını əməkdaşlığa dəvət edir.


Create Account



Log In Your Account