Aug 13 2020 18:14
Views: 427

Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Bu problemi aradan qaldırmaq məqsədilə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə 6 km uzunluğunda polad borularla magistral su xətti çəkilir. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən, suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılacaq. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində 2 nasos stansiyası və 25 kubmetr tutumu olan su anbarları tikiləcək. Bu infrastrukturlar hesabına içməli su Sədan kəndində yeni tikilən 100 kubmetr tutumu olan anbara vurulacaq və özüaxımlı rejimdə kəndə veriləcək. Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə mərkəzləşdirilmiş su şəbəkəsi yaradılacaq və hər bir evə birləşmə veriləcək. Layihənin icrasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.


Create Account



Log In Your Account