Jan 24 2019 18:12
Views: 421

47 yaşlı mühəndis-təchizatçı Akif Cəbrayılov 2017-ci ilin noyabrında işlədiyi şirkətdən ixtisar olunub.  Qısa müddət ərzində Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinə müraciət edən Akif Cəbrayılov işsizlikdən sığorta ödənişi almaq hüququnun olduğunu öyrənib.

İşsizlikdən sığorta sisteminin tətbiqinə 2018-ci ilin əvvəlindən başlanılıb. Qəbul edilən normativ qaydalara əsasən işsizlikdən sığorta ödənişi müəssisənin ləğvi və ya işçilərin, eləcə də ştatların sayının ixtisar edilməsi nəticəsində işini itirmiş şəxslərə verilir.  Bunun üçün vətəndaşlar Məşğulluq Mərkəzlərinə müraciət etməklə işsiz kimi qeydiyyata alınmalıdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məlumatına görə,  ötən il işsizlikdən sığorta haqqı alanların sayı 2 mindən çox olub. Bu ildən tətbiq olunan yeni qaydalara görə, işsiz kimi qeydiyyata alınan vətəndaşlara işsizlikdən sığorta ödənişi elektron qaydada təyin ediləcək.

İsa Həsənov deyir ki,  məşğulluq alt sistemində indiyədək 149 min nəfər qeydiyyatdan keçib və fevral ayından məşğul şəxslərin reyestri sistemi tam gücü ilə fəaliyyətə başladıqdan sonra işsizlərin qeydiyyarı, sığorta ödənişi alanların siyahısı, peşə kurslarına cəlb olunanlar haqqında məlumatlar, eləcə də vakant iş yerləri barədə informasiyalar yerləşdiriləcək. Ötən il 2500-dən çox insan peşə hazırlığı kurslarına cəlb olunub. onların 60%-ə yaxını gənclər olub. Peşə hazırlığı daha çox xidmət sahələri istiqamətində olub. Qeyd edək ki, işsiz vətəndaşların peşə hazırlığı kurslarından sonra işlə təmin olunması ilə bağlı məlumatları da elektron formada izləmək mümkün olacaq.


Create Account



Log In Your Account