Apr 30 2019 18:28
Views: 746

Prezidentin təşəbbüsü ilə həyata keçirilən “İşsizin DOSTu” proqramı çərçivəsində daha 5 minədək insan işlə təmin edilib. Ümumilikdə proqram əsasında iş tapanların sayı 35 minə çatıb. “İşsizin DOSTu”nun icrasına bu ilin əvvəlindən başlanılıb. Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İş Mərkəzi” reallaşdırır.

Layihəyə görə, işsiz və işaxtaran vətəndaşlar qeydiyyatda olduqları rayon üzrə Məşğulluq mərkəzlərinə müraciət edirlər. Bura gələn heç bir şəxs işsiz qalmır.

Məşğulluq mərkəzlərinə üz tutan vətəndaşlar təmir, ərazilərin ekoloji sağlamlaşdırılması, parklara, ictimai yerlərə qulluq və digər işlərlə təmin olunurlar. Bakı sakini Afət Tağıyev bu yaşınadək bir çox idarədə müxtəlif işlərdə çalışıb. Lakin son bir neçə ildə işsizlikdən əziyyət çəkib. “İşsizin DOSTu” proqramı çərçivəsində onun bu problemi həll olunub.

Təminən iki həftə ərzində “İşsizin DOSTu” proqramı çərçivəsində işlə təmin olunan insanların sayının 38 minə çatacağı təxmin edilir.


Create Account



Log In Your Account