Jun 01 2019 15:57
Views: 191

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının 14-cü Zirvə toplantısı keçirilib. Tədbirdə Azərbaycanı Baş Nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Zirvə toplantısında İslam dünyasının üzləşdiyi müxtəlif problemlər müzakirə olunub. Toplantının sonunda qəbul edilən Məkkə Bəyannaməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bir daha pislənib, torpaqların güc yolu ilə istilasının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin dərhal yerinə yetirilməsinin vacibliyi bildirilib. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və tam şəkildə, qeyd-şərtsiz çıxarmağa çağırılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.


Create Account



Log In Your Account