Mar 18 2019 18:13
Views: 464

Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirlməsi üçün böyük perspektiv var. bunu CBC-yə açıqlamasında bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Nemətulla Hikmətullazadə deyib. Onun sözlərinə görə, bunun ən yaxşı göstəricisi 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2.5 dəfə artmasıdır.

Bununla yanaşı Tacikistan Azərbaycan ərazisindən yükdaşımaları artırmaq niyyətindədir. bununla bağlı tacikistanlı nazir Bakıda müzakirələr aparıb. Onun sözlərinə görə, Tacikistan regional miqysalı multomodal nəqliyyat infrastrukturu layihələrində iştirakda maraqlıdır. Bunlar arasında Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, eləcə də Ələt beynəlxalq dəniz ticarət limanı daxildir.

Qeyd edək ki, rəsmi Bakı və Düşənbə arasında əməkdaşlıq üçün daha perspektivli sahələr hideroenergetika, dağ-mədən sənayesi, eləcə də kənd təsərrüfatı və arıçılıq hesab olunur.


Create Account



Log In Your Account