May 22 2019 19:07
Views: 399

Gənclər və İdman Nazirliyində İngiltərənin Mançester şəhərində keçirilmiş dünya çempionatından qayıdan taekvondo üzrə Azərbaycan milli komandası ilə görüş keçirilib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov nüfuzlu yarışdan qızıl medalla qayıdan Milad Beigi Harçeqani və bürünc medalçı Fəridə Əzizovanı təbrik edib. Bildirib ki, bütün dünyadan idmançıların mübarizə apardığı bu yarışda əldə olunan nəticə sevindiricidir. Azərbaycanda taekvondonun inkişaf etdiyini deyən İsmayıl İsmayılov komanda hesabında da ölkəmizin nəticəsinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Mançesterdə keçirilən dünya çempionatında qələbə idmançılara Tokio olimpiadasına lisenziya xalları da qazandırıb.


Create Account



Log In Your Account