Dec 22 2018 18:29
Views: 583

Azərbaycan və SSRİ-nin xalq rəssamı Tahir Salahovun Bakı Ekspo Mərkəzdəki sərgisi həm fırça ustasının özünün 90 illik yubileyinə, həm də Bakı sakinləri və qonaqlara əsl hədiyyə olub. Bu gün də yeni əsərlər yaratmaqda davam edən Tahir Salahov hələ gələcək üçün yaradıcılıq planları qurur. Onun sözlərinə görə, hər bir əsərin ilham qaynağı müxtəlif olur. Bəzən gözlənilməz bir anda möhtəşəm bir sənət əsərinin ideyası meydana çıxır.
Tahir Salahovun sərgidə nümayiş olunan əsərləri böyük bir dövrü tərənnüm etdirir. Onun yaradıcılığının müxtəlif vaxtlarını aid tabloların hərəsinin özünəməxsus tarixçəsi var. Tahir Salahova dünya şöhrəti gətirən Neftçilər tablosu, məşhur azərbaycanlıların portretləri və rəssamın xalça üzərinə köçürülən rəsmləri böyük marağa səbəb olub. Mənim sevimli əsərim yoxdur – deyən fırça ustası hər bir tablonun xüsusi dəyəri olduğunu bildirir.
Bakı Ekspo Mərkəz ilk dəfə incəsənət tədbiri kimi məhz Tahir Salahovun sərgisinə ev sahibliyi edib. Görkəmli rəssamın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyev Tahir Salahovu 1-ci dərəcəli əmək ordeni ilə təltif edib. Bu sərgidə də dövlət başçısı və ailə üzvləri iştirak edib.


Create Account



Log In Your Account