Jun 21 2019 20:12
Views: 367

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahovun sərgisi keçirilib. Sərgidə nazir Sergey Lavrov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Mixail Şıvıdkoy, Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova ilə yanaşı, hər iki ölkəni ictimai-siyasi və mədəniyyət xadimləri də iştirak ediblər. Tahir Salahov jurnalistlərə acıqlamasında sərginin keçirilməsi ideyasının Sergey Lavrova məxsus olduğunu deyib. “Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlər nümayiş olunur. Biz gərək onları unutmayaq”. Tahir Salahov belə deyib. Tədbirdə çıxış edən Sergey Lavrov sərginin keçirilməsinə razılaşdığı üçün Tahir Salahova təşəkkür edib.


Create Account



Log In Your Account