Bağ evində təmir bərpa işlərinə avqust ayında start verilib. Hazırda davam edən təmir işləri zamanı istilik və elektrik xətləri çəkilir, evin daxili divarlarının üzlüyü, fasadı bərpa olunur. Döşəmənin taxta elementlərinin, 1-ci mərtəbədə qranit piltələrin quraşdırılmasına başlanılıb. Əsas məqsəd binanın heç bir dəyişiklik aparılmadan əvvəlki görünüşünə qaytarılmasıdır.
Bu mülk Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub. 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb və ona yaşamaq üçün yalnız bir mülk seçmək imkanı verilib. O isə məhz Mərdəkandakı bağ evini seçib. Uzun illər burada yaşayan milyonçu 1924-cü il sentyabrın 1-də elə bu evdə də vəfat edib.
Məşhur xeyriyyəçinin bağ evində aparılan təmir işlərinin 2020-ci ilin birinci rübündə yekunlaşacağı gözlənilir.