Mar 02 2018 16:03
Views: 1230

70 illik səyahət: İtaliya dizaynı 50-ci illərdən bu günə” - İtaliya Dizayn Günü çərçivəsində Bakıda keçirilən sərgi belə adlanır. Azərbaycanda bu beynəlxalq tədbir  artıq ikinci dəfə keçirilir.  “Dizayn Günü” Azərbaycanda İtaliya  məhsullarının təşviqi məqsədilə keçirilir. Dünyanın 100 şəhərində qeyd olunan tədbirin bu ilki mövsuzu dizayn və davamlılıq arasında əlaqədir. Bununla bağlı Azərbaycana İtaliyanın tanınmış memar və dizaynerləri dəvət olunub.
Diplomat bildirir ki, tədbir ölkəsinin mədəniyyətinin və iqtisadiyyatının mühüm hissəsi olan İtaliya dizaynını nümayiş etdirmək üçün böyük əhəmiyyətə malikdir. İtaliya tərəfi Bakıda Dizayn gününün keçirilməsinə xüsusi önəm verir.
İtaliya və Azərbaycan güclü iqtisadi tərəfdaşlıq əlaqələrinə malikdir. Mebel sahəsi üzrə Türkiyədən sonra bu sahə üzrə ümumi idxalın 26,3% payı ilə İtaliya Azərbaycanın ikinci təchizatçısıdır. Bundan əlavə, İtaliya mətbəx mebellərinin ixracında 75 faiz payla birinci yerdədir. İtaliya tərəfi iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.


Create Account



Log In Your Account