Feb 16 2019 17:00
Views: 374

İtaliyada Azərbaycanın tarixini, mədəniyyətini, zəngin ədəbiyyatını əks etdirən kitablar çap olunur. İtaliyalı naşir Sandro Teti artıq uzun illədir ki, Azərbaycanın bütün sahələrini əhatə edən kitabların naşiridir. İlk təcrübəsi isə 8 il bundan öncə başlayıb.  
İtaliyalı naşir Sandro Teti Azərbaycanla bağlı bu günə kimi 15 kitab çap edib. Bunlar Dağlıq Qarabağ, İrəvan xanlığı, Azərbaycanın vulkan palçıqları haqqında ədəbi albom və bir çox digər mövzuları əhatə edən kitablardır. Növbəti Nizami Gəncəvi haqqında kitab isə tərcümə prosesindədir. Yaxın günlərdə əsər italiya oxucularına təqdim olunacaq. Bu yaxınlarda İtaliyada Azərbaycanın musiqi tarixindən bəhs edən kitab da çap olunacaq.
İtaliyalı naşir deyir ki, Azərbaycanın İkinci Dünya Müharibəsində də xidmətləri böyük olub. O, şəxsən ölkəsinin  arxivində İkinci Dünya Müharibəsində İtaliya Ordusunda xidmət edən azərbaycanlı partizanların sənədlərini və şəkillərini aşkar edib. Onlar İtaliyanın azadlığı uğrunda italiyalı partizanlarla birgə döyüşüblər.  
Sandro Teti Bakıda keçirilən Beynəxalq İtaliya-Azərbaycan kinofestivalının da həmtəsisçisidir. Deyir ki, bu kinofestival Azərbaycan kinosunun İtaliyada təbliği üçün də imkan yaradacaq. İtaliyalı naşirin Azərbaycanla planları hələ çoxdur. O, təkcə Azərbaycan haqqında kitabların çap olunması ilə kifayyətlənmək niyyətində deyil. Sandro Teti Azərbaycanda və İtaliyada sərgilərin təşkil olunacağını, birgə filmlərin çəkiləcəyini deyir.


Create Account



Log In Your Account