May 08 2018 17:52
Views: 635

Bu musiqi axşamı italiyalı bəstəkar Stefan Muskaritolo və azərbaycanlı pianoçu Kəmalə Əlizadənin birgə əməyinin nəticəsidir. Onlar Avropa İttifaqı  və Azərbaycanın birgə təşkilatçılığı ilə Avropa gününə həsr olunan konsert proqramının müəllifləridir. Tədbir tamaşaçıların zövqüncə oldu.
Konsert proqramı Avropa ittifaqı ilə birgə reallaşdırılan ikinci layihədir. Musiqi axşamında Avropa və Azərbaycan musiqisinin sintezi təqdim olundu.
Konsertin kompozisiya müəllifləri evlidirlər, onlar bu izdivacın Avropa və Azərbaycanı birləşdirdiyini düşünürlər. Azərbaycanlı musiqiçilərlə işləməyin çətin olamdığını deyən Stefan Muskaritolonun fikrincə, tamaşaçılar da kifayət qədər məlumatlıdırlar.
Bu il həm də Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin 10 illiyi qeyd olunur. Avropa İttifaqı ilə ölkəmiz arasında münasibətlər dinamik inkişaf edir. Bu tədbir isə Azərbaycanla Avropalılar arasında  mədəni müxtəliflik və anlaşmanı təmsil edir. 
Musiqi axşamı həm də bir ilklə yadda qaldı. Azərbaycanda ilk dəfə kontur tenor ifası da məhz bu konsert proqramında reallaşdı.


Create Account



Log In Your Account