Jan 29 2019 15:29
Views: 932

İtaliya kino məktəbi  nümayəndələrinin master klasına Azərbaycan  kinomatoqrafçılar ilə yanaşı italyan filmsevərləri də qatılıb. Qonaqlar arasında  “Sprut” filminin  əsas qəhrəmanı olan  Remo Gironenin  pərəstişkarları  da çox olub.

Cirone  Azərbaycandan olan aktyor və rejissorlarla  əməkdaşlığa  böyük maraq göstərdiyini deyib. O, Azərbaycan və İtaliya filmlərinə həsr olunan birgə festivalın keçirilməsini yüksək qiymətləndirib

Master klassda  Gironenin həyat yoldaşı Viktoriya Gini  və rejissor Klaudio  Rossi Massimi də iştirak edib. Onlar da öz təcrübələrini auditoriya ilə bölüşüblər. Bu gün də  festival çərçivəsində  dah 3 film nümayiş olunacaq. Giriş pulsuzdur. Festival sabah  yekunlaşacaq.


Create Account



Log In Your Account