Sep 13 2019 15:20
Views: 241

Sentyabrın 16-22-də Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçiriləcək. Bakı artıq yarışlara tam hazırdır. Çempionat  boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar gözləyir.

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı 2020-ci ildə Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib. Yarışda 61 ölkədən 300-dən çox gimnast mübarizə aparacaq.  Azərbaycan çempionata 9 idmançı ilə qatılacaq.

Bakıda keçiriləcək yarışa maraq böyükdür. Biletlərin 45 faizi xaricdən alınıb. Çempionatın açılış mərasiminin bədii hissəsi “Şərq nağılı” adlanır. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və tamaşaçıları nağıllar aləminə səyahətə “aparacaq” şou vəd edirlər.


Create Account



Log In Your Account