Jun 12 2019 17:24
Views: 366

Bu ilin yanvar-may aylarında Trans-Anadolu qaz kəməri vasitəsilə Türkiyəyə 790 mln. kubmetr Azərbaycan qazı nəql edilib. Bu barədə SOCAR məlumat yayıb. Ümumilikdə istifadədə olduğu bir il ərzində TANAP-la 1,8 mlrd. kubmetr qaz ötürülüb. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr mavi yanacağın nəql edilməsi etmək planlaşdırılır.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP Cənub Qaz Dəhlizinin ən mühüm hissəsi sayılır. Ötən il iyunun 12-də açılışı olan kəmər Şahdəniz-2 çərivəsində hasil olunan Azərbaycan qazını Türkiyə ərazisi daşıyaraq, Avropa sərhədinə qədər çatdıracaq. Bir il əvvəl Türkiyənin Əskişəhər şəhərində təntənli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri, eləcə də digər ölkələrin dövlət və hökumət başçıları qatılmışdı.

Ötən 1 il ərzində TANAP-ın Türkiyənin enerji təchizatında oynadığı rolu bu ölkənin ekspertləri yüksək qiymətləndirir.

TANAP-ın illik gücünün ilkin mərhələdə 16 mlrd. kubmetr olması nəzərdə tutulur. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. Amma zamanla bu həcmin 2 dəfəyə qədər artırılması imkanı var. İndi TANAP kəmərinin Əskişəhərdən Avropa sərhədinə qədər hissəsində işlər gedir. Xüsusilə TANAP kəmərində işlərin sürətlə irəliləməsi Azərbaycan və Türkiyə rəhbərlərinin siyasi iradƏsinin nəticəsi hesab olunur.

TANAP bu ilin iyulunda Avropaya qaz nəql etmək üçün texniki baxımdan hazır vəziyyətdə olacaq. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəmərində işlərin tezliklə tamamlanması və Şahdəniz qazının 2020-ci ildə köhnə qitəyə nəqlinin başlanması nəzərdə tutulur.


Create Account



Log In Your Account