Jun 13 2018 22:26
Views: 171

“TANAP kəmərinin açılışı bir daha sübut edir ki, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən istənilən layihə reallığa çevrilir. Çünki bu təşəbbüsün arxasında güclü siyasi iradə dayanır”. Prezident İlham Əliyev Transanadolu boru kəmərinin açılış mərasimində zamanı belə deyib. Bildirib ki, TANAP Azərbaycan və Türkiyə qardaşlığının sübutu və növbəti zəfərdir.
“TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.  
Ekspertlər TANAP layihəsinin işə başlamasını Azərbaycanın siyasi həyatında mühüm hadisə kimi dəyərləndirirlər. Politoloq Tofiq Zülfüqarovun fikrincə, “Cənub Qaz Dəhlizi”nın və onun ayrı-ayrı seqmentlərinin üstünlüyü ondadır ki, bu layihə təkcə Azərbaycan qazını ixrac etmir, eyni zamanda, tranzit funksiyasını yerinə yetirir. Politoloq deyir ki, TANAP VƏ TAP sayəsində Azərbaycan artıq hazır istehlakçılar şəbəkəsi olan bazara daxil olur.
“Bu, həm daxili siyasi təsiri olan hadisədir. Çünki Azərbaycanın dövlət olaraq, əlavə imkanları daha da genişlənəcək bu layihənin icarsı ilə. Eyni zamanda, xarici siyasi əhəmiyyəti də çox böyükdür. Çünki Azərbaycan öz qonşuları, öz partnyorları ilə ikitərəfli faydalı olan əlaqələri qurmaqda davam edir”. 
Ekspertlər hesab edirlər ki, Azərbaycanın həyata keçiridiyi enerji layihələrinin iqtisadi və geosiyasi əhəmiyyəti regional sərhədləri aşıb. Layihəyə qoşulan ölkələrlə əməkdaşlıq onları etibarlı regional tərəfdaşa çevirib. Millət vəkili Rasim Musabəyov deyir ki, bu, transkontinental bir layihədir. 
ABŞ-ın enerji məsələləri üzrə eksperti Metyu Brayza deyir ki, TANAP texniki parametrləri baxımından yalnız Türkiyədə və Azərbaycanda deyil, Avropada da ən böyük enerji layihəsidir. Ekspert qeyd edir ki, Azərbaycanın və Türkiyənin güclü iradəsi sayəsində həyata keçirilən TANAP-ın əhəmiyyəti zaman keçdikcə daha da artacaq. Çünki layihənin həcmi böyüdükcə, bu işin Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini hamı görəcək. 
“Bu layihə Azərbaycan üçün böyük uğurdur. Və bir daha sübut edir ki, Azərbaycanın Avropa ilə, eləcə də Türkiyə və Gürcüstanla çox güclü strateji əlaqələri mövcuddur. Azərbaycan həmişə müstəqil dövlət olaraq qalacaq və Avropanın çox mühüm iqtisadi tərəfdaşı olacaq. 01:24 / 01:55 Bu layihə Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq, eləcə də, dostluq və qardaşlıq münasibətlərini daha da dərinləşdirəcək”.
Ekspertlər deyirlər ki, TANAP layihəsi Azərbaycanın regionda dominantlığını təmin edir. Avropa Birliyinin layihəni dəstəkləməsi Azərbaycanın əhəmiyyətinin növbəti onilliklərdə qorunmasına böyük töhfə vermiş olur.


Create Account



Log In Your Account