Jun 03 2019 14:39
Views: 485

Bu ilin iyulundan TANAP Azərbaycan qazını Avropaya nəql etmək üçün hazır vəziyyətdə olacaq. Bunu CBC-yə açıqlamasında TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib. Bildirib ki, artıq boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsinin böyük bir qismi Azərbaycan qazı ilə doldurulub. Yalnız 85 kilometrlik bir hissə qalıb ki, bu da iyula qədər hazır olacaq. Saltuk Düzyol boru kəmərində sınaqların uğurlu olduğunu bildirib.

Saltuk Düzyolun sözlərinə görə, TANAP Avropaya qaz nəql etməyə hazır olduqdan sonra TAP kəmərinin tamamlanması gözləniləcək. 2020-ci ilin sonlarına Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-da işlərin başa çatması və qaz nəqlinin başlanması gözlənir. Ötən ilin iyunundan TANAP vasitəsilə Türkiyə ərazisinə qaz nəqli başlandığını xatırladan Saltuk Düzyol bildirib ki, həcmlərlə bağlı götürülən öhdəlik yerinə yetiriləcək.

TANAP yalnız Türkiyə və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə deyil, eyni zamanda həyata keçirilən sosial məsuliyyət proqramlarına görə də yüksək qiymətləndirilib. Layihə bununla bağlı bir neçə nüfuzlu mükafata layiq görülüb. Yaxın vaxtlarda TANAP-ın icrası zamanı həyata keçirilən sosial proqramlarla bağlı Böyük Britaniya parlamentində xüsusi təqdimat keçiriləcək. Konsorsium rəsmiləri ingiltərəli deputatlar qarşısında çıxış edəcəklər.


Create Account



Log In Your Account