Aug 27 2019 18:48
Views: 249

Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin İtaliyanın Apuliya bölgəsində yerləşən 1,5 km uzunluğundakı mikrotunelinin inşası yekunlaşıb. Bu və ümumilikdə TAP-ın da tərkib hissəsi olduğu Cənub Qaz Dəhlizi layihəsində işlərin gedişi barədə enerji məsələləri üzrə ekspert Emin Axundzadə ilə söhbət etmişik.

E.Axundzadə qeyd edib ki, layihə qrafikə uyğun irəliləyir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizdən çoxu icra edilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 746 kilometrlik ərazi, yəni bu marşrutun 97 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Yunanıstan və Albaniyada boruların 94 faizi qaynaq edilib, onların ümumilikdə 84 faizi torpağa basdırılıb. Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 68 faizi, 520 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib.


Create Account



Log In Your Account