Oct 31 2019 16:15
Views: 123

 

Musiqi sərhəd tanımır və onun dili hamı üçün anlaşılandır.  Azərbaycan musiqisinə valeh olan fransalı gitaraçının ifaları bunun ən bariz nümunəsidir. Filiqanın dinləyiciləri bildirirlər ki, o təkbaşına ifası ilə bütün orkestri əvəz edə bilir. Fransız gitaraçı bu dəfə azərbaycanlı tarzən İsmayıl Zülfüqarovla tar-gitara duetini təqdim edib.

“Gəl, ey səhər”, “Zibeydə” və digər kompozisiyaların sintezinin təqdim olunduğu konsert tamaşaçılarda xoş təəssürat oyadıb. Filiqan bildirir ki, “Sarı gəlin” xalq mahnısını da repertuarına daxil edib, boş vaxtlarında isə məşhur “Cücələrim” mahnısını zümzümə edir.

Konsert Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu, Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə reallaşıb. Təşkilatçılar mədəni körpülər yaratmaq üçün bu cür layihələrin davamlı olacağını bildirir.

Tarla gitaranın unikal sintezini tezliklə fransalı tamaşaçılar da izləyə biləcək. Gələn ilin əvvəllərində Parisdə konsertin təşkili nəzərdə tutulur.


Create Account



Log In Your Account