Sep 18 2019 16:35
Views: 254

25 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında Azəri-Çıraq-Günəşli yataqları üzrə Hasilatın Pay Bölgüsü haqqında saziş imzalanıb. Bu saziş “Əsrin Müqaviləsi” kimi tarixə düşüb. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlayıb.

1997-ci ilin noyabr ayından (ilk hasilat başlanandan) 2019-cu ilin ikinci rübünün sonunadək Azəri-Çıraq-Günəşlidən 3.6 milyard bareldən artıq neft hasil edilib.  Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel nefti dünya bazarlarına çıxarılıb. Bütün bunlar isə Azərbaycanın dayanıqlı iqtisadi inkişafına imkan yaradıb.

Azəri-Çıraq-Günəşli layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib. 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb. Bu il aprel ayının 19-da isə AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihə – Azəri-Mərkəzi-Şərqi layihəsi təsdiq olunub. Bu layihədən ilk neft hasilatı 2023-cü ildə gözlənilir.


Create Account



Log In Your Account