Sep 23 2019 18:50
Views: 300

Ermənilər Azərbaycanın işğal altındakı ərazilərində olan tarixi memarlıq abidələrinin əksəriyyətini ya məhv edir, ya da özününküləşdirməyə çalışırlar. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin bir neçə gün öncə işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji qazıntılara başlaması da bu amala xidmət edir. Qafqaz Tarixi İnstitutunun direktoru Rizvan Hüseynov belə deyir. Onun sözlərinə görə, bu cür əməllərlə Ermənistan, tarixi abidələrlə bağlı beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir.

Rizvan Hüseynov ehtimal edir ki, ermənilər qazıntılar zamanı aşkarlanan qədim abidələrin qalıqları üzərində yeni abidə tikib onu ermənilərin minillik qalası kimi qələmə verməyə cəhd edəcəklər. Belə saxtalaşdırma cəhdlərindən biri də Şuşadakı məşhur Gövhərağa məscdiinni farslaşdırılması ilə bağlıdır.

Tarixçi Rizvan Hüseynov hesab edir ki, “Gövhər ağa” məscidinin tarixi mahiyyətinin saxtalaşdırılması ilə bağlı məsələ UNESCO səviyyəsində qaldırılmalı və dünya ictimiayyətinin diqqətinə çatdırmalıdır.

UNESCO-nun mədəniyyət diplomatiya bölməsinin təmsilçisi professor Naciyə Selin Şenocak isə bu istiqamətdə Azərbaycan və Türkiyə lobbisinin fəlaiyyətinin gücləndirilməsinə ehtiyac olduğunu düşünür.

Amerikalı ekspert Piter Teys hesab edir ki, Ermənistanın insan haqları və beynəlxalq humanitar hüquq qaydalarını kobudcasına pozması çox mühüm məsələdir. Və nədənsə bu məsələyə beynəxalq ictimaiyyət reaksiya vermir.


Create Account



Log In Your Account