Sep 13 2017
Views: 266

Ermənilərin ərazi iddialarının əsassız olduğunu sübut edən tarixi xəritə aşkarlanıb. Kinorejissor Ziya Şıxlinskinin Moskva arxivlərindən ortaya çıxartdığı sənəddə 1801-1813-cü illərdə Qafqazın sərhədləri əks olunub. Xəritədə indiki Ermənistan ərazisində olan yerlər Azərbaycan toponimləri ilə adlandırılıb.
“Ən əsası odur ki, bu xəritədə o zaman Ermənistan ərazisində mövcud olan heç bir şəhərcik, heç bir  qəsəbə, nə də çay indiki adını daşımır. Bütün toponimlər türk dilində, təmiz Azərbaycan sözləridir. Ümumiyyətlə maraqlı və informativ xəritədir, çünki burada bütün Şimali Qafqaz göstərilib. Həm Gürcüstan, həm Azərbaycan və bütün Şimali Qafqaz”.
Hərbi mütəxəssislərinin hazırladığı bu xəritəyə rejissor 2009-cu ildə Xarici İşlər Nazirliyinin 90 illik yubileyi ilə bağlı filmin üzərində işləyərkən təsadüfən rast gəlib və əslinin üzünü köçürüb. Rusiya imperiyası dövründə -1901-ci ildə tərtib olunan bu xəritə ermənilərin ərazi iddialarının əsassız olduğunu bir daha nümayiş etdirir. Geniş ictimaiyyətin tanış ola bilməsi üçün xəritə Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasının bazasına daxil ediləcək.


Create Account



Log In Your Account