Apr 24 2018 16:19
Views: 509

Türkiyəli tarixçi Mehmet Perinçek uzun illər Rusiyada çar dövrü və sovet hakimiyyəti illərinə aid arxivləri araşdırıb. Onun sözlərinə görə, Rusiya arxivlərindəki sənədlər 1915-ci ildə Osmanlı imperiyasının ərazisində baş verənlərə aydınlıq gətirilməsində mühüm rol oynayır. Bu arxivlərdəki rus və ermənilərin özlərinə aid sənədlər bir daha sübut edir ki, ermənilərə qarşı soyqırım baş verməyib.
Ermənilərə aid tarixi sənədlər sübut edir ki, həmin dövrdə dövlətə qarşı xəyanət baş verib. O dövrdə erməni daşnakları Osmanlı imperiyasının düşmənləri ilə gizli əməkdaşlıq ediblər. Elə buna görə də, Yerevanda 1915-ci il hadisələrinin araşdırılması üzrə Ankara ilə birgə komissiyanın yaradılmasına qarşı çıxırlar.
Rusiyalı tarixçi  deyir ki, deportasiya zamanı ermənilər əsasən  Deyr-əz Zor şəhərinə köçürülüblər. İndi bu şəhər Suriyada vətəndaş müharibəsinin mərkəzində olan yerlərdən biridir.
1915-ci il hadisələrinin üstündən 100 ildən çox vaxt keçir. Amma Ermənistan hələ də dünya birliyinə özünü məzlum, yazıq xalq kimi göstərməyə çalışır. Erməni lobbisinin səyi nəticəsində bəzi Avropa ölkələrində hətta erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar da çıxarılıb. Bu baxımdna ilk zərərçəkən 2015-ci ildə məşhur türk siyasətçisi, müsahibimizin atası Doğu Perinçek olub. O, erməni soyqırımını inkar etdiyinə görə İsveçrədə ittiham  olunmudşu. Və 3 aylıq həbs cəzasının qarşılığında külli miqdarda pul ödəməklə zaminə buraxılmışdı. Amma sonradan Doğu Perinçek Avropa  Məhkəməsində İsveçrə hökumətinə qarşı işi udub və ədaləti bərpa edə bilib. Avropa məhkəməsinin verdiyi qərar çox önəmli olub.
Bəzi ölkələr qondarma erməni soyqırımını tanıyıblar. Bu, erməni diasporunun fəaliyyəti nəticəsində mümkün olub. Türkiyə hökuməti həmin ölkələrə, eləcə də Ermənistanın özünə 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiyanın yaradılmasını təklif edib. Amma rəsmi Yerevan buna getməyərək, arxivlərinı qapalı saxlamaqda davam edir.


Create Account



Log In Your Account