May 01 2019 14:32
Views: 272

Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə güzəştli qiymətlə təbii qazın illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu barədə Tarif Şurası qərar verib. İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, aprelin 30-da Tarif Şurasının iclası keçirilib və müvafiq qərar qəbul edilib. “Bu qərar dövlətimizin başçısının humanist addımı kimi, öz vətəndaşlarına diqqət və qayğısının göstəricisi kimi qiymətləndirilməlidir”, - iqtisadiyyat naziri belə deyib. Nazir qeyd edib ki, Qərar mayın 1-dən qüvvəyə minir.


Create Account



Log In Your Account