Jul 02 2019 14:27
Views: 591

“UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çox yüksək səviyyədə təşkil olunub”. Sözügedən sessiyanın Bakıdakı qonaqları CBC-yə müsahibələrində belə deyirlər. Qeyd edirlər ki, bu, Azərbaycanın öz tarixi-mədəni irsini layiqincə qoruduğunun, eləcə də dünya irsini beynəlxalq səviyyədə müdafiə etdiyinin göstəricisidir.

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına dünyanın 180-dən çox ölkəsindən 2500-dən artıq nümayəndə qatılıb. Qonaqlar dünya xalqlarının maddi və təbii irs nümunələrinin, ən qədim memarlıq abidələrinin qorunması ilə bağlı müzakirələrdə iştirak edirlər.

Bakı sessiyası öz işinə iyulun 1-də başlayıb. Sessiyanın ilk günündə irslə bağlı iştirakçı ölkələrin hesabatları dinlənilib. Eləcə də, Bakı  Bəyənnaməsi qəbul edilib.

İyulun 10-dək davam edəcək tədbirdə plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçirilir. Tədbirdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlərin təqdim etdiyi 36 namizəd fayl nəzərdən keçiriləcək. Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin də mədəni irs siyahısına salınması ilə bağlı qərarın verilməsi gözlənilir.


Create Account



Log In Your Account