Jun 02 2020 18:05
Views: 263

Artıq bundan sonra COVID-19 pandemiyası haqqında bütün suallara operativ və ətraflı cavab ala biləcəyik. Bu işdə bizə yeni istifadəyə verilən “WhatsApp” botu yardımçı olacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və yerli startap şirkəti olan “Botbox” ilə birgə yaradılan xidmət sayəsində günün 24 saatı əhalinin koronavirus haqqında sualları cavablandırılacaq.

 “TƏBİB bot” ilə dialoqa başlamaq üçün “Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərmək lazımdır. Bu zaman istifadəçilərə koronavirus infeksiyası haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir. COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq, botdan məlumat əldə etmək mümkündür.

Yeni xidmət dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşları üçün əlçatandır. “TƏBİB bot” eyni anda 1 milyona qədər istifadəçini əhatə edə bilir. İstənilən istifadəçinin sorğusuna bir saniyədən az müddətdə cavab verilir. Həmçinin gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür. Bu günə qədər botu on mindən çox insan sınaqdan keçirib və artıq 3 minədək abunəçisi var. Proqrama bir gün ərzində 35 minə yaxın mesaj göndərilib və suallar cavablandırılıb.


Create Account



Log In Your Account