Nov 23 2018 18:23
Views: 383

ABŞ-da hər il ənənəvi olaraq keçirilən “Qara cümə” bu il daha erkən, cümə axşamından başlayıb. Bir çox dükanlar artıq cümə axşamından qapılarını alıcılar üçün açıb. Ticarət mərkəzlərinin qarşısında uzun növbələr yaranıb. İnsanlar endirimlərdən yararlanmaq üçün sözün əsl mənasında bir-biri ilə mübarizə aparır.

Ekspertlər hesab edir ki, Azərbaycan bazarında bu sahədə bir qədər fəqrlilik var. Şirkətlər ilboyu endirimlər edir. Ona görə də bir gündə kəskin endirimlər etməyə maraq azdır. Marketoloq Ramil Cabbarovun fikrincə, bu təcrübənin geniş miqyasda tətbiqi ölkə iqtisadiyyatına böyük gəlir gətirə bilər.

Qara cümə günündə Ümumi dövriyyənin təxminən 721 milyard dollar civarında olması proqnozlaşdırılır. ABŞ-ın milli pərakəndə satış federasiyasının proqnozlarına görə, builki “Qara Cümə” kampaniyaları zamanı hər bir alıcı orta hesabla min dollar xərcləyəcək.


Create Account



Log In Your Account