Mar 09 2019 18:01
Views: 900

Sabah – martın 10-da Azərbaycan teatrı yaranmasının 146-cı ildönümünü qeyd edir. Azərbaycanda teatr sənəti qədim və zəngin tarixi yol keçib.

Bu gün ölkədə 20-dən artıq teatr fəaliyyət göstərir. Dövlət teatrları ilə yanaşı, özəl prodüser mərkəzləri də fəaliyyət göstərir.

Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də teatrlara pul ayrılması ilə bağlı prezident sərəncamı oldu.

Mövzu ilə bağlı CBC-nin Xəbərlər buraxılışının qonağı olan əməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrı və Dövlət Akademik Musiqili Teatrlarının aktyoru Şövqü Hüseynovla müzakirə aparmışıq.


Create Account



Log In Your Account