Jun 14 2019 15:12
Views: 274

Azərbaycan terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Hazırda regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir. Bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Balakəndə keçirilən “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında  konfransda səslənib.

Qeyd olunub ki, müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün təhlükə mənbəyidir. Dövlət Təhlükəsizliyi Xİdmətinin əməkdaşları qurumun həyata keçirilən xüsusi əməliyyat tədbirləri barədə geniş məlumat veriblər. Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə danışıb.


Create Account



Log In Your Account