Jul 22 2019 19:24
Views: 531

“Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına şərait yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin biliyinin, dünyagörüşünün artırılması və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov iyulun 22-də Təhsil Nazirliyində Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi ilə bağlı mətbuat konfransında söyləyib. Nazir müavini layihənin ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, dünyagörüşünün formalaşmasına, onların dərslərə marağının artmasına şərait yaradacağını vurğulayıb. İyulun29-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.

 


Create Account



Log In Your Account