Jan 16 2019 18:13
Views: 405

Təhlükəli hava şəraiti ilə əlaqədar  Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və bütün tədbirlər iki günlük dayandırılıb. Yəni yanvarın 17-18-də Azərbaycanda dərs olmayacaq. Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Bildirib ki, dərslər təxirə salınan təhsil müəssisələrinin sırasına bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas və ali məktəblər daxildir.


Create Account



Log In Your Account