Oct 12 2019 16:32
Views: 301

Dünyanın 20-dən çox ölkəsinin 150-dən artıq təhsil müəssisəsini birləşdirən 13-cü Beynəlxalq Təhsil Sərgisi bu gün yekunlaşır. Sərgi təhsildə innovativ yeniliklərin təqdimatı ilə yadda qaldı. Təhsil Nazirliyinin stendində ən son təhsil metodikaları, eləcə də cari ildə ümumtəhsil pilləsində informasiya telekommunikasiya texnologiyalarının tətbiq olunduğu layihələr təqdim olunur. 
Bunlardan biri STEAM layihəsidir.  Burda elm, eləcə də dəqiq fənlər əyləncəli və həvəsləndirci şəkildə təqdim olunur.  Şərti olaraq “Otaqdan qaçış“ adlanan stenddə orta məktəb şagirdlərinə müəyyən məntiqi tapşırıqları yerinə yetirmək  təklif olunur.
Sərgidə ölkənin 44 təhsil müəssisəsi və mərkəzi innovativ təhsil imkanları ilə çıxış edir. Sərgidə peşə sahibi olmaq istəyənlər üçün də imkanlar təqdim olunur.
Bu il sərgidə 20-dən artıq ölkə təhsil üzrə imkan və şərtlərini təqdim edir. Tədbir həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası ilə görüşmək və işgüzar əlaqələr qurmaq imkanı verir.  
Builki sərgidə Avropa İttifaqının birləşmiş stendi debüt edir. Təşkilatın stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur. Bundan başqa  sərgidə dil kursları, yay məktəbləri, treyninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilir.


Create Account



Log In Your Account