Feb 21 2019 14:13
Views: 331

Bu gündən bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə elektron müraciət sistemi işə düşür. Yeni sistem dövlət ekspertizasına ehtiyac olmayan tikililər və kiçik həcmli binalar üçün nəzərdə tutulub. Sahibkar və vətəndaşlar tikintiyə 15 gün, istismarına isə icazəni uzağı 10 günə ala biləcəklər.

Yeni sistemin təqdimat mərasimində qeyd olundu ki, Sistemdən istifadə maksimum sadə formada hazırlanıb. Bunun üçün ASAN imzası olan vətəndaş və ya şirkət nümayəndəsi arxcom.gov.az sistemdə qeydiyyatdan keçməli, tələb olunan sənədləri sistemə yükləməlidir. Bundan sonra sistemin daxilində lazımi orqanların nümayəndələri müraciətə baxıb icazəni rəsmiləşdirəcəklər. 

Bu sistem 1 mərtəbəsi 150 kv.metrdən artıq, ümumi həcmi 200 kub metrdən çox , aşırımı 6 metrdən çox olmayan qeyri-yaşayış, iaşə, sosial obyektləri əhatə edir. Dövlət  Şəhərsalma və Arxitektura Komitəsi sistemin populyarlaşdırılması üçün maarifləndirmə tədbirləri keçirəcək.  Qeyd edək ki, yeni sistem 28 dekabr 2018-ci il tarixində qəbul edilən “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və istismarına icazə qaydaları”na əsasən hazırlanıb.


Create Account



Log In Your Account