Nov 06 2017 18:27
Views: 1612

Bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək üçün 95 min insan müraciət edib. Onlardan 42 minə yaxını iş yeri ilə təmin olunub. İşə düzələnlərdən 32,7 faizi gəncdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli Bakıda keçirilən əmək yarmarkasında məlumat verib. Onun sözlərinə görə, bu müddət ərzində regional təlim mərkəzlərində müxtəlif peşələr üzrə 3 minə yaxın işsiz  vətəndaş üçün təlimlər keçirilib. Nazir müavini bildirib ki, vətəndaşların işə düzəldilməsində özünüməşğulluğun təmin olunmasına xüsusi diqqət yetirilir. 2018-ci ildə işsizlikdən sosial sığorta haqqında qanun qüvvəyə mindikdən sonra bu qanunun tətbiqi nəticəsində daxil olan vəsaitlər hesabına Azərbaycanda öünüməşğulluq üzrə layihələrin miqyası daha da genişləndiriləcək.


Create Account



Log In Your Account