Apr 19 2019 17:20
Views: 173

Bakı Ali Neft Məktəbində Tələbələrin Birinci Respublika elmi konfransı işini bitirib. Bir neçə sessiyadan ibarət olan tədbir üç geniş başlıq altında - "Kimya və kimya mühəndisliyində perspektivlər", "Keyfiyyətli enerji, keyfiyyətli xidmət və "Yüksək texnologiyalar- innovativ tətbiqlər" mövzuları çərçivəsində təşkil olunub. Konfransların məqsədi tələbələr arasında texnoloji biliklərin yayılmasına kömək etməkdir.
Rektor Elmar Qasımov tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunduğunu bildirib. Konfranslarda iştirak üçün ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və AMEA-nın institutlarını təmsil edən ümumilikdə 177 nəfər tələbə və gənc alim müraciət edib. Sonra münsiflər tərəfindən seçimiş tələbələr təltiflənfirilib. Hər bölmə üzrə qaliblərə Bakı Ali Neft Məktəbinin sertifikatları, eləcə də konfransa dəstək vermiş yerli və transmilli şirkətlərin qiymətli hədiyyələri təqdim olunub.  Bu cür konfransların təşkilinin artıq bu ali məktəb üçün ənənəyə çevrildiyi vurğulanıb.


Create Account



Log In Your Account