Aug 06 2020 14:53
Views: 315

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı -2020” birgə taktiki-uçuş təlimləri davam edir. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. müdafiə Nazirliyinin məlumatına görə, taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Azərbaycan- Türkiyə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi iki ölkə arasında olan əməkdaşlığın ən yüksək göstəricisidir. Bunu CBC-yə müsahibəsində türkiyəli hərbi ekspert Kaan Ataç deyib. Onun sözlərinə görə, sülh prosesinin dayanıqlığını təmin edən bu təlimlər regiondakı vəziyyəti dəyişdirə bilər.

Kaan Ataç qeyd edib ki, Azərbaycan Türkiyə  birgə təlimlərinin bu dəfəki mesajları bir qədər daha qabarıqdır. Belə ki, Türkiyə ordusu son illərdə Yaxın Şərqdə  qazandığı təcrübəni Azərbaycan ordusu ilə bölüşmək əzmindədir. Bu da Ermənistan tərəfinin narahatlığına səbəb olub.

 


Create Account



Log In Your Account